Bazar, 05 May 2024, 13.39.54Welcome QONAQ | RSS
Qrup_1554
Site menu
Our poll
Yeni saytı qiymətləndir
Total of answers: 36
Main » 2009 » Mart » 4 » Miqrasiya proseslerinin idare olunmasında da “Bir pencere” prinsipi.
Miqrasiya proseslerinin idare olunmasında da “Bir pencere” prinsipi.
21.34.50
Prezident İlham Əliyev “Miqrasiya proseslərinin idarəolunmasında
 “Bir pəncərə” prinsipinin tətbiqi haqqında” Fərman imzalayıb.
Miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi.
 Azərbaycana gələn əcnəbilərə və vətəndaşlığı olmayan,
 şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və
 əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi.
onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi,
 bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə imzlanan Fərmana əsasən 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipi tətbiq ediləcək. “Bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini Dövlət Miqrasiya Xidməti həyata keçirəcək.
“Bir pəncərə” prinsipinin tətbiqi ilə əlaqədar Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşamaq və işləmək üçün müvafiq icazələrin verilməsi, qeydiyyata alınması, onlarla bağlı digər məsələlərin həlli ilə məşğul olacaqdır.
Xidmət vahid miqrasiya məlumat sistemi vasitəsilə Azərbaycanda yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunu aparacaq.
Fərmana əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı vəsatətlərə Dövlət Miqrasiya Xidməti tərəfindən 20 gün müddətində baxılacaq.
Nazirlər Kabineti bir ay müddətində əmək miqrasiyası kvotaları, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən çıxış və qayıdış vizalarının ləvğ edilməsi barədə təkliflərini Azərbaycan Prezidentinə təqdim edəcək.
Bundan əlavə, Nazirlər Kabineti qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini Prezidentə təqdim edəcək. /ANS PRESS/
Views: 1788 | Added by: Roman | Rating: 4.0/1 |
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Login form
News calendar
«  Mart 2009  »
BaB.EÇ.AÇ.GC.AC.GŞə
1234567
891011121314
15161718192021
22232425262728
293031
Search
Site friends
Statistics

Online olanlar 1
Qonaqlar 1
İstefadəçi 0