Bazar, 01 December 2024, 10.43.04Welcome QONAQ | RSS
Qrup_1554
Site menu
Our poll
Yeni saytı qiymətləndir
Total of answers: 36
Main » 2009 » Mart » 2 » Adam Smith
Adam Smith
15.17.25
Adam Smit şotland iqtisadçısı və filosofudur.
 klassik iqtisadi məktəbin banisidir. 5 iyun1723-cü ildə Edinburqşəhəri yaxınlığında anadan olub. İlk təhsilini yerli məktəblərdə aldıqdan sonra Qlazqouniversitetində təhsil alıb və burada Hatçesonun fikirlərindən bəhrələnib. 1740-1746-cı illərdə təhsilini Oksford UniversitetininBeylliol kollecində davam etdirib. 1748-ci ildə Edinburqda mühazirələr oxuyub. 1750-ci ildə Yum ilə tanış olur. 1751-ci ildə Qlazqo universitetində məntiq kafedrasına, 1751-ci ildən 1764-cü ilə qədər isə mənəvi fəlsəfə kafedrasına rəhbərlik edib. Gənc hersoq Bakleyin (Çarlz Taunzendin ögey oğlu) müəllimi olub. Onunla birlikdə Fransadasəyahətdə olduğu dövrdə Kene, Türqo, Nekker, Volter və D`Alamber kimi şəxslərlə görüşüb və "Xalqların Sərvəti" adlı elmi əsərini yazmağa başlayıb. Əsərdə Smit ictimai institutların təkamülünü və onların müasir dövr üçün quruluş prinsipini təsvir edir. 1759-cu ildə "Əxlaqi Hisslər Nəzəriyyəsi" adlı elmi əsəri çapdan çıxır. Bu əsərində o sübut edirdi ki, əxlaqi hisslər simpatiya hissindən yaranır və şüurla idarə edilir baxmayaraq ki, insanda əsas hərəkətverici qüvvə rolunu şəxsi mənafe və özünü saxlamaya yönəldilmiş hisslər oynayır. Hər kəsin daxilində "daxili insan" var və o insanın bütün hərəkətlərinə qiymət verir və şəxsi özünü mükəmməlləşdirməyə vadar edir. Sosial səviyyədə isə bu funksiyanı ictimai institutlar yerinə yetirirlər. 1766-cı ildə Smit Fransadanqayıdaraq Londondayaşamağa başlayır. Burada o lord Tauzendlə sıx əməkdaşlıq edir və kral cəmiyyətinə üzv seçilir. Burada o Börk, Səmuel Conson, Eduard Gibbon və Benjamin Franklin kimi şəxlərlə tanış olur. Sonra o öz əsas elmi əsərini yazmaq üçün Kerkoldidəki evinə qayıdır. 1773-cü ildə o Londona qayıdır. 1776-cı il 9 marttarixində onun məşhur "Xalqların Sərvətlərinin Təbiəti və Səbəbləri" adlı əsəri çıxır. Əsər 5 hissədən ibarət idi:
  1. Avropanın inkişafının tarixi icmalı, Merkantilizminbir imtiyazlar sistemi kimi tənqidi;
  2. Ticarət azadlığı;
  3. Dövlətin gəlir və xərcləri.

Əsərdə həmçinin Smitin "gözəgörünməz əl" adlandırdığı rəqabət haqqında fikirləri də öz əksini tapmışdır. Smit rəqabəti bazar iqtisadiyyatının inkişafının əsas hərəkətverici qüvvəsi adlandırırdı. "Xalqların sərvəti" adlı əsəri çıxdıqdan sonra Smit Şotlandiyanın gömrük komissarı vəzifəsinə təyin edilir və Edinburq şəhərinə köçür. 1787-ci ildə Smit Qlazqo universitetinin fəxri rektoru adına layiq görülür. Adam Smit 17 iyul1790-cı ildə vəfat etmişdir.

Views: 1493 | Added by: Roman | Rating: 5.0/1 |
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Login form
News calendar
«  Mart 2009  »
BaB.EÇ.AÇ.GC.AC.GŞə
1234567
891011121314
15161718192021
22232425262728
293031
Search
Site friends
Statistics

Online olanlar 1
Qonaqlar 1
İstefadəçi 0