Bazar, 05 May 2024, 14.02.06Welcome QONAQ | RSS
Qrup_1554
Site menu
Our poll
Yeni saytı qiymətləndir
Total of answers: 36
Main » 2009 » Mart » 4 » Qlobal iqtisadi böhranın artıq ikinci merhelesi başlayıb
Qlobal iqtisadi böhranın artıq ikinci merhelesi başlayıb
21.39.26
Bütün dünya 64 ilin ən ağır iqtisadi böhranı ilə üzləşib.
 Proqnozların əksinə olaraq, dünyanın əksər ölkələrində
 iqtisadi inkişafın səviyyəsi daha da aşağı düşüb.
Qlobal iqtisadi böhranın artıq ikinci mərhələsi başlayıb.
 Mütəxəssislərin fikrincə, vəsait çatışmazlığı ilə müşahidə
olunan maliyyə böhranı səngiyir və öz yerini
daha ağır olan istehsal böhranına verir.
Başqa sözlə, böhran maliyyə sektorundan istehsala keçib.
 Böhranın bu mərhələsi daha ciddi problem yaradır. Son vaxtlar dünyanın əksər ölkələrində avtomobil, elektrotexnika, yüngül sənaye müəssisələrinin müflisləşməsi, daşınmaz əmlak bazarında baş verən durğunluq kütləvi işsizliyə gətirib çıxaran amillər sayılır. Təsadüfi deyil ki, böhran daha çox əməktutumlu sahələrə təsir edir və kütləvi işsizlik qeydə alınır. Dünyada istehlakın azalma prosesləri daha da ağırlaşdırır.
Hələlik problemlə daha ciddi mübarizə aparan Amerika hökuməti iqtisadiyyata milyardlarla dollar ayırsa da, ortada nəticələr yoxdur. Prezident Barak Obama 787 milyard dollarlıq stimul paketini bir həftə əvvəl imzalayıb. Amma ekspertlər hesab edir ki, bu sənəd ciddi dəyişikliklər vəd etmir.
Avropada da vəziyyət gərgindir. Ötən ilin sonuncu rübündə Avropa ölkələrində ümumi daxili məhsulun həcmi 1,5 faiz azalıb. Xüsusilə də Avropa iqtisadiyyatının aparıcı ölkələri- Almaniya, Fransa və İtaliyada geriləmə gözləniləndən də çox olub. Amma böyük yeddilik ölkələrinin liderləri hesab edir ki, qlobal maliyyə böhranı ən azı bu ilin sonuna kimi davam edəcək. Köhnə qitədə iqtisadi artım yalnız ilin sonunda bərpa edilə bilər.
Bütün bunların fonunda mütəxəssislər Azərbaycan iqtisadiyyatının böhranın ikinci mərhələsindən qorunduğunu bildirir. Dünya Bankının mütəxəssisləri hesab edir ki, böhranın ilk mərhələsi dünya ölkələrinin çoxunda problem yaratsa da, Azərbaycanın maliyyə-bank sektorunda böhranın təsirləri zəif müşahidə olunub. Dünya Bankının Azərbaycan üzrə nümayəndəsi Qriqori Yeceyçak bildirib ki, uzunmüddətli perspektivdə Azərbaycanın bu böhranın təsirindən kənar olacağını ehtimal etmək sadəlövhlük olardı: «Biz neftin qiymətinin enməsinin şahidiyik. Bundan əlavə, Azərbaycanın ixrac məhsullarına tələbat, xaricdə çalışan azərbaycanlı miqrantların ölkəyə göndərdiyi vəsait azalır. Bütün bunlar respublika iqtisadiyyatına öz təsirini hələ göstərəcək».
Azərbaycanda isə fərqli düşünürlər. Maliyyə-sığorta şirkətləri böhranın təsirlərinin tam sovuşmadığı qənaətindədir. Son vaxtlar mənzillərlə yanaşı, avtomobil satışının azalması sığorta şirkətlərinin gəlirlərinə təsir edib. İndi şirkətlər bazara yeni məhsullar çıxarmaqla bu təsirlərdən mümkün qədər qorunmağa çalışır. Azərbaycan Sığortaçılar Asossiasiyasının prezidenti Cəmil Məlikov bildirib ki, vəziyyətdən çıxış yolu kimi digər sığorta növləri təklif ediləcək və bununla yanaşı, maarifləndirici tədbirlər görüləcək.
Beynəlxalq fondların və donorların vəsaitlərinin azalması, eləcə də ehtiyatlı davranışı yerli qeyri-bank təşkilatlarının kredit portfelinin artım sürətini on dəfələrlə aşağı salıb. Onlar əvvəllər kredit ayırmadığı təşkilatlara ümumiyyətlə pul vermirlər. Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva bildirib ki, hazırda Azərbaycana böhranın necə təsir etdiyini demək mümkün deyil: «Bank olmayan təşkilatlara tövsiyə odur ki, istehlak kreditləri və böyük biznes kreditlərindən uzaq olsunlar».
İndi əsas hədəf bu problemlərin istehsala təsirini mümkün qədər azaltmaqdır. Ölkənin iri şirkətləri maliyyə böhranı nəticəsində istehsalı 25 faizə qədər azaltdığını bəyan edirlər. Vəziyyətdən çıxmaq üçün sahibkarlar özləri xilas paketi hazırlayıb. Sahibkarlar Konfederasiyası bəyan edir ki, böhran daha çox əmək tutumlu sahələrə xüsusilə tikinti, kənd təsərrüfatı məhsullarının emalı, mebel istehsalı, elektrotexnika məhsullarının satışı və banklara təsir etdiyindən bu müəssisələrin siyahısı tutulmalı, işçilərinin sayı 2 mindən çox olan şirkətlərə birbaşa maliyyə yardımları göstərilməlidir.
İş adamları böhran dövründə vergi və sosial sığorta tətilləri verilməsini təklif edirlər. Sahibkarlığa Kömək Milli Fondundan ayrılan güzəştli kreditlərin 80 milyon manatdan 1 milyard manata çatdırılması da təkliflərə daxil edilib. Üstəlik, iş adamları vaxtı çatmış kreditlərin fonda qaytarılmasını böhran başa çatanadək təxirə salınmasını istəyir, ixrac yönümlü müəssisələrin dəstəklənməsini vacib sayan konfederasiya, kənd təsərrüfatı məhsulları emal edən müəssisələrin fermerlər kimi vergilərdən azad olunmasını təklif edirlər. Həmçinin, sahibkarlar yerli istehsalçılara enerjidaşıyıcılarının 50 faiz güzəştlə satılmasını istəyirlər.
Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədov bildirib ki, bazara ucuz mallar daxil olduğu təqdirdə, ixrac edən sahibkarlar həm keyfiyyətli, həm də ucuz mal çıxarmalıdır: «Maya dəyərinə çəkilən xərclər aşağı düşməlidir. Burada da əsas xərci məhz enerjidaşıyıcılarının üzərinə düşür».
Dünyada baş verən proseslərin dövlət büdcəsinin parametrlərinə müəyyən təsirləri olacaq. Lakin Azərbaycanın infrastrukturunun inkişaf etdirilməsi, sosial proqramların icrasına yönələn bütün iri layihələr lazımi səviyyədə həyata keçiriləcək. Milli Məclisin iqtisadi siyasət məsələləri daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib ki, maliyyə böhranı hökm sürdüyü bir vaxtda, banklar üzünü real sektora tərəf tutmalıdır. /ANS TV/
Views: 1174 | Added by: Roman | Rating: 0.0/0 |
Total comments: 1
11 October 2012
1. sumhahr [Entry]
zmaicr

Only registered users can add comments.
[ Registration | Login ]
Login form
News calendar
«  Mart 2009  »
BaB.EÇ.AÇ.GC.AC.GŞə
1234567
891011121314
15161718192021
22232425262728
293031
Search
Site friends
Statistics

Online olanlar 1
Qonaqlar 1
İstefadəçi 0