Main » 2010»May»29 » Neft və qeyri-neft strukturunun inkişafının tədiyə balansına təsiri
Neft və qeyri-neft strukturunun inkişafının tədiyə balansına təsiri
19.10.35
3.1 Neft və qeyri-neft strukturunun inkişafının tədiyə balansına təsirinin qiymətləndirilməsi Azərbaycan XIX əsrin sonu və XX əsrin əvvəllərindən başlayaraq, dünyanın neft istehsal edən qabaqcıl ölkələri sırasına daxil edilmişdir. Artıq Azərbaycan nefti dünya bazarına axıdılır, bağlanmış müqavilələr əsasında yeni quyular qazılır, dənizin dibindən çıxarılan ''qara qızılın''ın miqdarı günbəgün artır. Neft gəlirlərinin sürətli artımı neft sektorunu ölkə iqtisadiyyatının həlledici sahəsinə çevirib. Bir tərəfdən neft hasilatı və satışı sahəsində əldə olunan nailiyyətlər, digər tərəfdən dünya bazarında neftin satış qiymətinin yüksəlməsi ölkədə makroiqtisadi göstəricilərin (ÜDM-ə və büdcə gəlirlərinə, xarici ticarət dövriyyəsinə və s.) dinamik artımına olduqca ciddi təsir göstərib. 2003-2004-cü illərdə xam neft hasilatının həcmi 20 milyon ton, sonradan isə 40-50 milyon tona çatıb. 2010-2015-ci illərdə isə illik neft hasilatının həcmi azı 60-70 milyon ton təşkil edəcəkdir. Tədiyə balansında neft sektorunun və ordan gələn gəlirlərin rolu çox böyük olduğuna görə, onun tərtibi zamanı neft və qeyri-neft sektoru ayrı-ayrılıqda əks olunur. Neft gəlirlərinin sürətli artımı neft sektorunu ölkə iqtisadiyyatının həlledici sahəsinə çevirib. Bunu tədiyə balansını təhlil etdiyimiz zaman asanlıqla görə bilərik. Belə ki, xarici ticarət balansına təşkil edən malların ixracı bölməsində neft və qeyri-neft sektorunda kəskin fərqi müşahidə etmək olar. Tədqiq etdiyim illərdə Azərbayxan Respublikasının ixracında əsas yeri (90-95%) neft sektoru tutur. Bir tərəfdən neft hasilatı və satışı sahəsində əldə olunan nailiyyətlər, digər tərəfdən dünya bazarında neftin satış qiymətinin yüksəlməsi ölkədə makroiqtisadi göstəricilərin (ÜDM-ə və büdcə gəlirlərinə, xarici ticarət dövriyyəsinə və s.) dinamik artımına olduqca ciddi təsir göstərib. Bu tendensiya 2008-ci ilə qədər davam edmişdir. Son ildə isə maliyyə böhranının kəskinləşməsi ixraca da təsirsiz ötüşməmiş və ixrac 30.5 mlrd $-dan 2007-ci ilin səviyyəsinə yəni 21 mlrd $-a düşmüşdür. Neftin qiymətinin düşməsi ilə əlaqədar neft sektorunda məhsulun həcmi eyni qalsada gəlirlərdə kəskin azalma (29 mlrd $-dan, 19 mlrd $-a) müşahidə edilmişdir. Qeyri-neft sektorunda da 2005-08-ci illərdə analoji artımı görmək olar, lakin bu artım və həcm arzu olunan səviyyədə olmamışdır. 2009-ci ildə isə qeyri-neft sektorunda keçən illə müqayisədə azalma (1.4 mlrd dollardan 1.1 mlrd dollra) gözə çarpmışdır. Malların idxalı bölməsində isə əsasən qeyri neft sektoru öndə gedir. Neft sektorunu payı isə ildən-ilə azalmaqdadır (40%-dən 9%-ə). Neft sektorunun payının belə kəskin azalmasına səbəb, neft sektorunun böyük həcmdə azalması deyil, qeryi-neft sektorunun kəskin artmasıdır. Idxal məhsullarında artım da 2008-ci ilə qədər davam etmiş və 2009-cu ildən artım nisbətən azalmış 6,5 mlrd $-dan, 5,8 mlrd $-a enmişdir. Azərbaycanın ixdalının əsas hissəsini ərzaq və kənd təsərüfatı məhsulları, müasir elmi texniki qurğular, nəqliyyat və s. tutur. Neft Azərbaycanın gələcəyidir. Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir.