3.2 Antiböhran tədbirlərinin tədiyə balansına təsirinin təhlili və qiymətləndirilməsi
Maliyyə böhranının təsirləri, dünya maliyyə bazarında baş verən dəyişikliklər, neftin qiymətinin kəskin ucuzlaşması, bir sıra ölkələrdə iri bankların və şirkətlərin müflisləşməsi kütləvi işsizliyə, dünya iqtisadiyyatının durğunluq dövrünü yaşamasına və nəticə etibarı ilə qlobal iqtisadiyyatın tənəzzül dövrünə keçməsinə səbəb olmuşdur.
Böhranın qarşısını almaq və onun təsirini minimallaşdırmaq üçün antiböhran tədbirləri görülür, dünyanın aparıcı dövlətləri tərəfindən istehsalı bərpa etmək və bankları risklərdən qorumaq üçün maliyyə yardımları göstərilir.
2008-ci ildə Azərbaycanın maliyyə sektoru tərəfindən görülən bir sıra adekvat tədbirlər: Mərkəzi Bankın pul siyasətinin yumşaldılması, faiz dərəcələrinin bir neçə dəfə aşağı salınması, məzənnə siyasətində dəyişkənliyin sabitliyin təmin edilməsinə yönəldilməsi və ehtiyat tələblərinin faizlərinin aşağı salınması nəticəsində ümumilikd
...
Read more »